Qadin.NET / Dərini təmizləyən üsullar

Dərini təmizləyən üsullar

 

Dərini təmizləmək bir çox dəri probleminin qarşısını alır. Təbii üsullardan istifadə etmək lazımdır. Təbii üsulların dərinin funksiyalarına mənfi təsir göstərmirlər. Kimyəvi məhsullar isə dərinin alt təbəqəsinə zərər verə bilir.

Dərini təmizləyən üsullar

 

Qoz ilə dəri təmizləmə

Bədən sağlamlığı baxımından olduqca faydalı olan qoz, quru, mat, cansız və solğun görünən dəriləri yeniləyir. Toz formasındakı qoz dərini təmizləyir, eyni zamanda ölü dəriləri aradan qaldırır.

Dərini təmizləyən üsullar

- 2 çay qaşığı toz qoz ilə 2 yemək qaşığı yağsız qatığı qarışdırın və üz bölgəsinə çəkin. Üzünüzdə qarışım quruduqdan sonra maskanı soyaraq çıxarın. Qalanları da ilıq su ilə çıxara bilərsiniz. Həftədə 1 dəfə istifadə edin.

 

Limon ilə dəri təmizləmə

Limon dərini təmizləyən qidalar arasında yer alır. Hüceyrələri yeniləyie və ölü dəriləri aradan qaldırır, eyni zaman qara nöqtələri aradan qaldırmağa kömək edir.

Dərini təmizləyən üsullar

- Üzünüzə və boyun bölgəsinizə təzə sıxılmış limon suyu bərabər miqdarda çəkin. 10 dəqiq gözlədikdən sonra ilıq su ilə durulayın. Bundan sonra dərini nəmləndirmək üçün xiyardan istifadə edə bilərsiniz.

2 fevral 2019
GO BACK