Qadin.NET / Xəyalınızdakı dəri üçün maskalar

Xəyalınızdakı dəri üçün maskalar

 

Xəyalınızdakı dəri üçün maskalar

 

Mat dərilər üçün: Qəhvə-zərdəçal maskası

Qəhvə və kafein atioksidantla doludur. Kafein iltihablanmanı azaldarkən, antioksidantlar dəriyə parlaqlıq qazandırır. Zərdəçal C vitamini ilə doludur və qatıq dərini nəmləndirməyə kömək edir..

1 yemək qaşığı çəkilmiş qəhvə

1 yemək qaşığı toz zərdəçal

1 yemək qaşığı qatıq

Bütün ərzaqları qarışdırın. Üzünüzün hər yerinə çəkin. Göz bölgəsinə də çəkə bilərsiniz. 20 dəqiqə gözlədikdən sonra maskanı ilıq və nəmli dəsmalla təmizləyin. 

 

Xəyalınızdakı dəri üçün maskalar


Yağlı dərilər üçün: Matcha yaşıl çay maskası

 

Matcha yaşıl çay antioksidantlarla doludur. Bu maska eyni zamanda yağ istehsalını azaltmağa kömək edir.

1/4 fincan bişmiş yulaf əzməsi

1/4 çay qaşığı matcha tozu

1/2 çay qaşığı bal

 

Xəyalınızdakı dəri üçün maskalar

 

Bütün ərzaqları qarışdırın və sonra maska hazır olana qədər limon suyu əlavə edin. Qarışımı təmiz dəridə 10 dəqiqə saxlayın. Vaxt bitdikdən sonra, əllərinizi isladın və durulamadan əvvəl dərinizi xəfif masaj edin. Sızanaqlar varsa, olduqca zərif davranın.

1 fevral 2019
GO BACK