Qadin.NET / Qurumuş dərini canladırmaq üçün 3 üsul

Qurumuş dərini canladırmaq üçün 3 üsul

 

Qurumuş dərini canladırmaq üçün 3 üsul

1. Qəhvə maskası

Qəhvə maskası dərini cavanlaşdırmağın ən asan yollarından biridir. Həm dərini nəmləndirir, həm şişkinliyi azaldır. Qəhvə maskasının ən gözəl tərəfi, bütün dəri tiplərinə uyğun olmasıdır. Dərinizin nəyə ehtiyacı olduğunu düşünərək maskaya ərzaqlar əlavə edə və ya çıxara bilərsiniz. Quru dərilər üçün maskaya bal və süd əlavə edə bilərsiniz. Lazım olan ərzaqlar: 1 yemək qaşığı qəhvə, 1 yemək qaşığı kakao, 1 yemək qaşığı bal və biraz süd. Bütün ərzaqları bir qabda qarışdırın. Üzünüzə çəkin və 20 dəqiqə gözləyin yuyun.

 

Qurumuş dərini canladırmaq üçün 3 üsul

 

 

2. Avokado maskası

Avokadonun tərkibində quru dərini qidalandıran və nəmləndirən yağlar vardır. Avakodalı üz maskası hazırlamaq üçün ehtiyacınız olan ərzaqlar: yarım avokado, 1 yemək qaşığı qatıq, 1 yemək qaşığı bal. Avokadonu çəngəllə əzin və içinə qatıqla balı əlavə edin. 20 dəqiqə üzünüzdə saxladıqdan sonra yuyun və biraz da nəmləndirici çəkin. Yumşaq dəriniz olacaq.

 

Qurumuş dərini canladırmaq üçün 3 üsul

 

 

 

3. Bananlı və qatıqlı maska

Banan dərinin ehtiyacı olan vitamin və minerallar baxımından zəngindir. Bu dərinləməsinə qidalandırıcı maska dərini gücləndirir və yaşlanmanın qarşısını alır. 

Yarım banan, 1 yemək qaşığı qatıq, 1 yemək qaşığı bal. Bananı çəngəllə yaxşıca əzdikdən sonra içinə bal və qatıq əlavə edərək qarışdırın. Üzünüzə çəkdikdən 20 dəqiqə sonra yuyun. Saçınıza örtük vurun, maska saçınıza bulaşa bilər.

 

Qurumuş dərini canladırmaq üçün 3 üsul

 

 

31 yanvar 2019
GO BACK