Qadin.NET / Dəri niyə quruyur?

Dəri niyə quruyur?

 

Quru dəri, makiyajın qüsurlu görünməsini və qırışların artmasına səbəb olur. Bəs dəri niyə quruyur və dəri quruluğunun qarşısını necə almalı? 

Xüsusilə, qış aylarında çox rastlanan dəri quruluğu zamanla dərinin yaşlanmasına və çatların yaranmasına səbəb olur. Sizlər üçün dəri quruluğunun səbəblərini və bunu aradan qaldırmağın yollarını araşdırdıq.

Dəri niyə quruyur?

Dərinin qurumasının səbəbləri:

Həddindən artıq isti su ilə yuyunmaq, keyfiyyətsiz təmizləyici məhsullar, uzun müddət küləyə məruz qalmaq, ətraf çirkliliyi və az su qəbulu dəri qurumasına səbəb olur.

Dəri niyə quruyur?

Dəri quruluğuna necə mane olmalı?

 

- Dərinin qurumasına mane olmaq üçün bol maye qəbul etməlidir. Dəri quruluğuna mane olmaq üçün digər yolu isə mühitin nəmli olmasına diqqət etməkdir. Bunun üçün otağa su dolu kasalar qoyun və ya bitkilər alın. 

 

- Gecə yatmadan əvvəl makiyajınızı təmizləyin, sonra mütləq güclü nəmləndirici krem istifadə edin.

Dəri niyə quruyur?

- Duş alarkən və əllərini yuyarkən isti su yerinə, ilıq su istifadə edin.

 

- Tərkibində ətir olan məhsullardan istifadə etməməyə çalışın.

 

27 yanvar 2019
GO BACK