Burun yağlanması, qidalanma vərdişindən, həyat tərzindən, istifadə etdiyiniz dərmanlardan qaynaqlana bilər. Mütəxəssislər ən çox rastlanan bu problemə T bölgəsi adını verir. T bölgəsi aktiv yağ vəzilərinin və böyük məsamələrin olması ilə daha çox yağlanmaya məruz qalır. Yağlanmanın qarşısını almaq üçün evdə bəzi masklardan istifadə edə bilərsiniz. Pudralı və mat məhsullardan istifadə etməyə çalışın.
Burun yağlanmasına yumurta ağı
Tərkibindəki 4 vitamin sayəsində dəri ləkələrindən xilas olmağa, eyni zamanda yağ səviyyəsini balanslamağa kömək edən yumurta ağından maska hazırlaya bilərsiniz. Yumurta ağını çırpın. Daha sonra burununuza çəkib qurumağını gözləyin. Quruduqdan sonra üzünüzü yuyun. Bu maskanı həftədə 2 dəfə tətbiq etmək kifayətdir.
Burun yağlanması üçün xiyar maskası
Xiyar məsamələri sıxlaşdırma təsiri sayəsində burun yağlanması problemi qısa müddətə ortadan qalxacaq. Xiyarı sürtgəcdən keçirin. Çıxan suyu ilə limon suyunu qarışdırıb burnunuza çəkin. Sonra su ilə yuyun. Hər gün bu üsulu yoxlayın.