Makiyajı silmək vacibdir
Dərinizin gözəl olmaı üçün hər gecə yatmadan əvvəl dərinizdəki makiyajı təmizləyin. Hətta makiyaj yoxdursa, çirkli hava dərini çirkləndirir. Dərini təmizləmək vacibdir. Dərinizi yatmadan əvvəl təmizləyərək dərinizdə sızanaq, ləkə yaranmasına mane ola bilərsiniz.
Ölü dərilərdən xilas olmaq üçün pilinq
Dəri soyuq hava və küləyin tərisi ilə pul-pul olub tökülə bilər. Bunun üçün 3 dəqiqəlik vaxtınızı alacaq pilinqdir. Pilinq üçün xüsusi maskanız yoxdursa, kisədən istifadə edə bilərsiniz. Xüsusilə, burun kənarlarının pilinqə ehtiyacı var.
Maska
Sezona görə, dəri tipinə görə maska vacibdir. İstifadə etdiyiniz maskanın dərinizə düşmədiyini düşünürsünüzsə, mütəxəssis köməyi ala bilərsiniz.
Nəmləndirici
Nəmləndiricinin dəri baxımından vacibliyini hamı bilir. Gözəl dəriyə sahib olmaq istəyirsinizsə, mütləq nəmləndirici istifadə etməlisiniz. Nəmləndirici alarkən dəri tipinizi nəzərə almağı unutmayın.