Qadin.NET / 2 həftəyə cavanlaşdıran qaşıq texnikası

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

Gözaltı şişliyi yox edən üsul

Soyuq qaşığı gözlərinizin alt tərəfinə yerləşdirin. Yuxarı və aşağı, iləri geri hərəkət etdirin. Gözlərinizin altına krem çəkərək hərəkətlərinizi daha asan edə bilərsiniz. Müddəti 1-2 dəqiqədir. Şişmiş göz qapaqları üçün: gözlərinizi yumun və soyuq qaşığı yerləşdirin. Qaşıqlar isindikdə soyuq suya batırın və təkrar gözünüzə qoyun. 5-7 dəfə təkrar edin.

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

Qaşlarınızın arasındakı qırışlardan xilas edən üsul

Burun körpüsünün üst qisminə soyuq qaşıq yerləşdirin və xəfif basdırın. Alnızın üst qisminə doğru irəliləyin. İlıq qaşıqdan istifadə edərək eyni üsulları təkrarlayın.

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

Qaz ayaqlarından xila edən üsul

Soyuq qaşıqların arxasını gözünüzün qıraqların yerləşdirin. 5-7 dəfə dairəvi hərəkətlərlə, gicgahlarınıza doğru gedin. Qaşıqlar isindikdə dəyişdirin və 5 dəfə eyni üsulu tətbiq edin. 

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

Alın qırışlarından xilas edən üsul

İlıq qaşıqları alınızın ortasına yerləşdirin və dairəvi hərəkətlərlə gicgahlara doğru gedin. Sonra başladığınız nöqtəyə, alınızın ortasına gəri qayıdın. Qaşıqlar soyuduqdan sonra yenidən isidin. Massaj müddəti 2-3 dəqiqədir.

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

Mimika qırışlarından xilas edən üsul

Ağzınızı açın və dodaqlarınızı xəfif uzadın. İsidilmiş qaşıqları burnunuza sol şəkildə göstərildiyi kimi yerləşdirin. Qaşıqları dairəvi hərəkətlərlə ağzınızın hər iki tərəfinə daşıyın. Dairəvi hərəkətlərlə, burnuzun altına geri qayıdın. 5-7 dəfə təkrar edin.

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

Dekolte bölgəsi üçün

İsti qaşıqları yerləşdirin və dairəvi hərəkətlərlə körpücük sümüyünə daşıyın, bütün dekolte bölgəsinə masaj edin. Qaşıqları soyuq suya batırın və eyni hərəkətləri təkrar edin. İsti və soyuq qaşıqları 10 dəfə dəyişdirməyə davam edin. 

2 həftəyə cavanlaşdıran qaşıq texnikası

 

 

 

30 dekabr 2018
GO BACK