Makiyajınızı etmədən əvvəl mütləq buz
Makiyaj məhsullarından istifadə etmədən əvvəl daha sıx və diri dəriyə sahib olmaq üçün buzdan istifadə edin. Tonal kremi çəkmədən əvvəl iri qəlib buzları üzünüzdə gəzdirin.
Şiş və göy gözlərə buz
Yuxusuz qaldığınız gecə gözlərinizə təsir edir? Biraz yaşl çay dəmləyin və bunu buz qəliblərində dondurun. Bu kubları şiş gözlərinizi yatızdırmaq üçün istifadə edin.
Qaşlarınızı almadan əvvəl buz keyidəcək
Əgər qaşlarınızı alarkən incidirsə, buz gəzdirin, həmin hissə keyiyəcək. Ağrı, şişmə və qızartının azalmasına kömək edəcək.
Sağlam parıltı
Su qatılmış portağal suyunu dondurun, sonra donmuş kubları üzünüzə çəkin. Üzünüzü təmizləyəcək, parıltılı edəcək.
Dəri sıxlaşdırma
Buz məsamələri daraldır dərini yumşaldır və qırışları azaldır. Bir neçə buz parçasını bintin içinə qoyun. Bir neçə dəqiqə üzünüzdə gəzdirin.