Mütəxəssislərin apardığı açıqlamalara görə zəfəran, dərini aydınladaraq, dəri ləkələrinin görüntüsünü aza endirir. Davamlı formada dəriyə çəkildikdə bütün problemləri ən aza endirir. Sızanaqlardan şikayətçi olan qadınların sevimlisi olan zəfəran, dərini gözəlləşdirir.
Günəşin zərərli təsirlərindən dərini qoruyan zəfəran eyni zamanda dərinin sağlamlığını qoruma altına alır. Davamlı formada dəriyə çəkildikdə bütün problemləri ortadan qaldıraraq yaranmasına mane olur, yaranmış qırışların da azalmasına səbəb olur.
Zəfəran maskası
1 çay qaşığı zəfəran ilə 2 yemək qaşığı südü qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra soyuması üçün soyuducuda saxlayın. Maskanı soyuduqda istifadə edə bilərsiniz. Bir üz fırçası ilə maskanı üzünüzə və boynunuza çəkin. Təxminən 5-10 dəqiqə gözlədikdən sonra nəm süngərlə və ya nəmli dəsmalla dərinizi təmizləyə bilərsiniz.