Antioksidanı yüksək olan süd, dəridəki sərbəst radikallarla mübarizə apararaq, toksin maddələrdən qoruyur. Dərinin vitamin çatışmazlığını aradan qalırır.
Dərisindəki sızanaqlardan şikayətçi olanlar mütləq süd maskasını tətbiq etməlidirlər, süd dəridəki quruluğu da aradan götürür.
Davamlı formada süd maskası ilə qara nöqtələrdən xilas ola, eyni zamanda ləkələri yox edə bilərsiniz.
Süd maskası
1 çay qaşığı mədən suyu, 1 çay qaşığı süd və 3 damla limon suyunu yaxşıca qarışdırın. Daha sonra qarışımın içinə kiçik çörək parçaları batırın. Bu çörək parçalarını sızanaqların üstündə sadəcə 25 dəqiqə saxlayaraq sonra su ilə təmizləyin. Bunu 5 gün tətbiq edə bilərsiniz.