Alma sirkəsi
Alma sirkəssi üst təbəqənin çirklərini yaxşıca təmizləyir. Alma sirkəsinə su qatdıqdan sonra pambıqla üzünüzə çəkin. Əgər qara nöqtələri yox etmək istəyirsinizsə, isti su ilə yuduqdan sonra tətbiq edin. Xüsusilə, sızanaqlı bölgələrə çəkin.
Yumurta ağı maskası
Son illərdə yumurta ağı maskasını eşitməyən yoxdur. Tərkibində olan minerallar və vitaminlər sayəsində qırışları aradan qaldırmaq üçün istifadə olun yumurta ağı, eyni zamanda məsamələri təmizləyir. Yumurta ağını 1-2 çay qaşığı su ilə köpürənə qədər qarışdırın. Sonra dərinizə çəkib, qurumasını gözlədikdən sonra soyu su ilə yuyun.
Cəfəri maskası
Dəri və bədən sağlamlığı baxımından faydalı qidalardan olan cəfəri, məsamələrin təmiz qalmasına kömək edər. Dəridəki toksinləri ataraq, məsamələri açar və sızanaqların azalmasına səbəb olar. 5 şaxə cəfərini yuyun. Daha sonra isti suyun içinə qoyun və su soyuyana qədər gözləyin. Soyuduqdan sonra pambığı cəfərili suyun içinə batıraraq üzünüzə çəkin. 10-5 dəqiqəyə fərqi görəcəksiniz.