Yumurta sarısı və zeytun yağı
Dərinizin yorğun olduğunu və qidalanmağa ehtiyacı olduğunu düşünürsünüzsə, maskanı rahatlıqla istifadə edə bilərsiniz. Yumurtanın ağı ilə sarısını ayırın. Yumurtanın sarısını 1 yemək qaşığı zeytun yağı ilə qarışdırın. Dərinizə çəkin və 20 dəqiqə gözləyin. İlıq su ilə yuyun. Əgər xoş qoxusu olmasını istəyirsinizsə, lavanda yağı və ya gül suyu əlavə edə bilərsiniz.
Yumurta ağı maskası
Bu maska ilə məsamələr bütün çirklərdən təmizlənəcək. Etməli olduğunuz isə yumurtanın sarısını ağından ayırıb, ağını yaxşıca çırpmaqdır. Üzünüzə kağız dəsmal qoyun və yumurtanın ağını kağız dəsmalın üstünə çəkin. Qurumasını gözləyin. Yavaş-yavaş soyun və üzünüzü ilıq su ilə yuyun.