Qadin.NET / Evdə hazırlanan maskalar

Evdə hazırlanan maskalar

 

Evdə hazırlanan maskalar

Yulaf unu və südlü maska

Dərinizi nəmləndirmək və yumşaltmaq üçün tək ehtiyacınız olan maskadır. 

2 yemək qaşığı yulaf əzməsini blenderdə toz halına gətirin. 2 yemək qaşığı isti süd alın və toza qarışdırın. 1 yemək qaşığı zeytun yağı əlavə edin. Qarışımı üzünüzə qoyun və 10-15 dəqiqə saxlayın. İlıq su ilə yuyun.

Evdə hazırlanan maskalar

Xiyar, limon maskası

Bu maska dərinin tonunu açır, qüsurları aradan qaldırır və məsamələri təmizləyir.

Xiyar, limon və jelatin tozunu götürün. 2 ədəd qabıqlı xiyar dilimini, 2 y/q limon suyu ilə qarışdırın. Qarşımı aşağı dərəcədə isidin. 2 y/q qaşığı jelatin tozu əlavə edin və 1 dəqiqə qarışdırın. Soyumağa qoyun. Dərinizə çəkmək üçün fıra istifadə edin. Qurumasını gözləyib yavaş-yavaş soyun.

Evdə hazırlanan maskalar

Bal maskası

Hər gün istifadə edə biləcəyiniz 100% qidalandırıcı maska

3 yemək qaşığı bal ilə 1/3 çay qaşığı darçın tozunu qarışdırın və sonra dərinizə çəkin. 10 dəqiqə sonra su ilə yuyun.

 

5 dekabr 2018
GO BACK