Dəri sallanmasının qarşısını almağın yolları
- Sağlam, gənc və parlaq dəri üçün mütləq siqaret və alkoqoldan uzaq olmalısınız.
- Formada görünmək üçün tətbiq etdiyiniz şok pəhrizlərdən qaçmalsınız, davamlı arıqlayıb kökəlməkdən çəkinməlisiniz.
- Həddindən artıq karbohidrat və şəkər qəbulu zamanla dəridə sallanmalara səbəb olur. Meyvə və tərəvəzə üstünlük verin.
- Hündür yastıqda yatanlarda boyunda qırışlar və sallanmalar olur.
- Gün ərzində 3 stəkandan artıq qəhvə dərinin qurumasına səbəb olur. Quruyan dəridə erkən yaşda qırışlar gözlə görülə bilən hala gəlir.
- Günəş də dəri sallanmasına səbəb olur.