Qadin.NET / Qırış yaradan vərdişlər

Qırış yaradan vərdişlər

 

 

Günəş kremi istifadə etməmək

Aparılan araşdırmalar nəticəsində dərini yaşlandıran ən vacib ətraf faktoru kimi zərərli günəş şüaları olduğu müəyyən edilmişdir. Xüsusilə, yayda günorta günəş şüalarından qorunmaq dəri gözəlliyi üçün vacibdir. Uzun müddət günəşdə qaldıqda dəridə quruluq, qırışlar, ləkələr, ton fərqliliyi belə yaranır. 

Qırış yaradan vərdişlər

 

Siqaret çəkmək

Bədənə mənfi istiqamətdə təsir edən siqaret, qırışlara səbəb olan ikinci faktordur. Dumanına məruz qalmaq da dərinin üst təbəqəsində nəmi azaldaraq qırışların yaranmasına səbəb olur. Siqaret çəkilən yerlərdən də uzaq dayanmaq lazımdır.

Qırış yaradan vərdişlər

 

Az su içmək

Gün ərzində ən az 3 litr su içməyin çox faydalı olduğunu tez-tez dilə gətirən mütəxəssislər, dərinin gözəlləşməsi üçün də bol-bol su içilməsini məsləhət görür. Çirkli hava, günəş, xarici faktorlar səbəbi ilə quruyan dəri  nəmini itirir, gündə ən az 2,5 litr su içmək lazımdır.

Qırış yaradan vərdişlər

Səhv məhsul istifadə etmək

Kosmetika məhsulları alarkən təsirli olmasını istəyirsinizsə, mütləq dəri tipinizə diqqət etməlisiniz. Səhv məhsul seçimi dərinin qırışmasına belə səbəb ola bilir. Qızartı, həssaslıq kimi hallar yaradır. Kosmetoloqla məsləhətləşərək dərinizə uyğun məhsulu tapa bilərsiniz.

 

 

25 noyabr 2018
GO BACK