Gözaltı qaraltısını aradan qaldıran kartof maskası
Kartof suyunu çıxarıb pambığa tökün. Daha sonra gözlərinizin ətrafındakı tünd rəngli halqalara hər gecə yaxşıca çəkin və yatın. Qısa müddətdə dəyişikliyi görəcəksiniz.
Yorğunluğu aradan qaldıran kartof maskası
Böyük kartofu halqa-halqa doğrayın. Daha sonra 10 dəqiqəyə qədər soyuducuda saxlayın. Sonra üzünüzün solğun görünən yerlərinə yerləşdirin. 15 dəqiqə gözlədikdən sonra masaj edin.
Dəri ləkələri üçün kartof suyu maskası
2 ədəd orta boy kartofu soyun və sürtgəcdən keçirin. Sürtgəcdən keçirilmiş kartofları soyuyana qədər soyuducuda saxlayın. Sonra dərinizdə ləkə olan bölgələrə yerləşdirin. Bu maska qara nöqtələri də aradan qaldıracaq.