1. Dərini canlı göstərən süd qaymağı maskası
1 çay qaşığı qaymağı və 1 çay qaşığı balı yaxşıca qarışdırın. Daha sonra təmiz dəriyə çəkərək 20 dəqiqə gözləyin. İlıq su ilə dərinizdən təmizləyə bilərsiniz.
2. Quru dərilər üçün süd qaymağı maskası
1 yemək qaşığı təzə süd qaymağını zeytun yağı ilə qarışdırın. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
3. Dərini yumşaldan qaymaq maskası
2 yemək qaşığı yulaf ununu 2 su stəkanı su ilə bişirin. Ardınca süzün və 3 yemək qaşığı süd qaymağı ilə qarışdırın. 20 dəqiqə dərinizdə saxlayın. Qısa müddətə dəyişikliyi görəcəksiniz.