Dəri baxımı məhsullarının tərkibində olan 3 maddə və faydaları
"HYALÜRONİK ASİT"
Son illərdə çox eşidilən və bir çox nəmləndiricinin tərkibində olan maddədir. Hüceyrə istehsalını sürətləndirir, qırışların yaranmasına mane olur. Dəridə nəm divarı yaradan bu maddə, incə qırışları açır.
"PEPTİDLƏR"
Dərinin aktiv protein divarını təşkil edən maddədir. Dərinin elastikliyini təmin edib, dərinin özünü bərpa etməsinə kömək edir. Adətən anti-yaş məhsullarında olan bu maddə dəriyə tətbiq edildikdə, qızartı və dəri yaraları kimi bir çox problemi aradan qaldırır.
"RETİNOL"
A vitamini ailəsinə məxsusdur. Həmişə həyatımızda olan bu maddə, dəri üçün güclü pilinq təsiri yaradır, xaricdən gələn maddələrə mane olur. Yan təsirlərinə görə bu maddəni sevməsələr də, inkişaf etdirilmiş formulu sayəsində günlük həyatınızda heç qorxmadan istifadə edə bilərsiniz.