Soyuq havalarda dəriniz üçün faydalı olacaq 3 maska:
Nəmləndirici maska
1 ədəd kök
yarım avokado
1 y/q bal
1 yumurta sarısı
Kökü tavda yumşalana qədər bişirin. Sonra avokado ilə birlikdə əzərək içinə bal, zeytun yağı və yumurta sarısını əlavə edin. Qarışdırın. Təmizlənmiş dərinizdə 15 dəqiqə saxlayın. İlıq su ilə təmizləyin.
Parlaq və canlı göstərən maska
1 çay qaşığı qarğıdalı unu
duzsuz kərə yağı
1 çay qaşığı zeytun yağı
Bütün ərzaqları bir kasada qarışdırın. Krem halına gələnə qədər qarışdırdıqdan sonra 15 dəqiqə gözləyin. Təmiz dəriyə çəkib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə təmizləyin.
Dərini rahatladan maska
yarım banan
2 yemək qaşığı bal
Ərzaqları qarışdırın. Daha sonra dəriyə çəkib, 20 dəqiqə gözləyin. İlıq su ilə durulayın.