Bu maskanı həftə 2 dəfə edərək dərinizi cavanlaşdıra bilərsiniz.
Tərkibi:
1 kasa qaynadılmış lobya
1 çay qaşığı bal
1 çay qaşığı limon suyu
2 yemək qaşığı zeytun yağı
Hazırlanması
Şüşə qabın içində lobyaları əzin, daha sonra qalan ərzaqları əlavə edərək qarışdırın. Sonra hazırladığınız qarışımı dərinizə çəkib yarım saat gözlədikdən sonra ovalayaraq çıxardın. Sonra nəmləndirici tətbiq edərək qısa müddətə fərqi görə bilərsiniz.