Qlüten üzü
Qırmızı qabarıq yanaqlar, çənə ətrafında tünd ləkələr...
Qlüten, arpa, buğda və çovdarda olan proteindir. İnsanların çox azında qlütenə qarşı həssaslıq vardır. Qlütenə qarşı həssaslıq dəridə özünü göstərir. İmmunitet sisteminə və çoxalma hormonlarına zərər verəcək formada dəridə tünd ləkələrə səbəb olur. Qlüteni 3 həftə kəsərək daha çox lif qəbulu, bu ləkələrin görüntüsünü xəfifləşdirəcək.
Süd məhsulları üzü
Şişmiş göz qapaqları, gözlərin altında torbalar və tünd xalqalar, çənə üzərində kiçik ağ ləkələr
Süddə olan laktoza, sıxlıqla rast gəlinən qida həssaslığı yaradır. Yuxarıda saydığımız simptomlara sahibsinizsə, bu süd və süd məhsullarına qarşı olan həssaslığınızı göstərir. Süd məhsullarına olan həssaslıq adətən çənə ətrafında özünü göstərir.
Şəkər üzü
Alın cizgiləri/qırışları, sallanmış dəri, boz dəri tonu...
Həddindən artıq qlikoza elastik olan liflərimizi sərtləşdirir. Dəri nazikləşir, sallanır və cizgilər görünür. Bədəndəki həddindən artıq şəkər, bakteriya balansını pozur və üzdə, sinədə və kürəkdə sızanaq yaranmasına səbəb olur.
Alkoqol üzü
Gözlər arasındakı cizgi və ya qızartı, sallanmış göz qapaqları, yanaq boyunca tüklü cizgilər, qırmızı yanaqlar və burun..
Alkoqol dərini qurudur, bu da incə cizgilərin və qırışların görünüşünü pisləşdirir. Dərini elastikliyini azaldır. Qaraciyər alkoqolu həzm etməyə başlayarkən, qaşların arasında cizgilər və qızartılar var.
Hülya Akhan
Tərcümə: Ustaclı