Sızanaq, xüsusilə, yeniyetməlik dövründə özünü göstərən dəri problemidir. Piy vəziləri iltihabı nəticəsində yaranır. Bəs sızanaqların qarşısını necə almalı?
Sızanaqların qarşısını almaq üçün bilməli olduqlarınız:
Sızanaqların qarşısını almağın ən asan yolu üzü təmiz saxlamaqdır. Hər gecə yatmadan əvvək dərinizi makiyajdan təmizləyin, sonra ilıq su ilə masaj edin. Açılan məsamələrə tonik tətbiq edərək sıxlaşdıra bilərsiniz.
Hər gün makiyaj etməkdən qaçın
Dərinizi təmiz saxlayaraq sızanaqların yaranmasının qarşısını 50% ala bilərsiniz. Günlük olaraq ağır makiyaj etməkdən qaçın, makiyaj etməzdən əvvəl nəmləndiriic çox təsirlidir. Günəş kremi çəkərək də sızanaqların yaranmasının qarşısını ala bilərsiniz.