Nəmləndirici istifadəsi zamanı yol verilən iki xəta:
- Nəmləndirici çəkdikdən sonra edilən ən böyük xətalardan biri, gün ərzində nəmləndiricini yeniləməməkdir. Səhər çəkdiyiniz nəmləndirici gün ərzində təsirini itirir. Buna görə də yenidən nəmləndirici çəkməlisiniz.
- Nəmləndirici çəkərkən edilən bir digər xəta isə nəmləndirici çəkmə forması və miqdarıdır. Dərinizin ehtiyacı olan qədər nəmləndirici çəkmək və çəkərkən ola bildikcə incə davranmaq lazımdır. Sürətli və basaraq nəmləndirici çəkmək, dəridə iltihaba yol aça bilər. Sızanaq kimi problemlərin yaranmasına səbəb ola bilər.