Tərkibi:
1 y/q vazelin
1 ç/q badam yağı
1 ç/q lanolin
3 ədəd qoz içi
3 ədəd fındıq
Hazırlanması:
Bütün ərzaqları bir qaba qoyub qazın üstündə əridin (aşağı dərəcədə). Əriyən qarışımı süzüb bir şüşəyə doldurun və donmasını gözləyin. Əvvəlcə təmiz çay suyu ilə kirpiklərinizi silin, sonra qulaq çubuğu ilə hazırladığınız qarışıma batırın qaş və kirpiklərinizə çəkin. Gözünüzə düşməməsinə diqqət edin. Zamanla kirpiklərinizin daha sağlam olduğunu görəcəksiniz.