Qadin.NET / Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər

Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər

Üzünüzdəki makiyajı mütləq təmizləyin

Dərinizin parlaq və sağlam görünməsini təmin edən maskalardan istifadə edərkən üzünüzdəki makiyajı mütləq təmizləməlisiniz. Dərinizi dərin təmizləmədikdən sonra maskanın heç bir xeyri olmayacaq.

Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər

Növbənöv maskalardan istifadə etməyin

Günlük həyatınızda dərinizi təmizləmək üçün mütləq bir rejimə sahib olmalısınız. Fərqli-fərqli maskalardan istifadə etsəniz, təsirini görməyəcəksiniz. İstifadə etdiyiniz maskanı həftədə ən az 2 dəfə olmaqla nizamlı formada istifadə edin.

Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər

Dəri tipinizə uyğun maska seçməyi unutmayın

Hər hansı maskadan istifadə etmədən əvvəl dərinizin formasına uyğun olmasına diqqət edin. Dərinizə uyğun olmayan maska sızanaqlara və ləkələrə səbəb ola bilər.

Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər

Maskadan sonra dərinizi nəmləndirin

Nəmləndirici istifadə etmək bütün dəri tipləri üçün vacibdir. Maskalar dərinizdəki nəmin azalmasına səbəb olur. Hər maskadan sonra nəmləndirici istifadə etməyi unutmayın.

Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər

Maskaların istifadəyə yararlılıq müddətinə diqqət edin

Adətən maskaların son istifadə tarixinə baxılmır. Tarixi keçən maska ciddi dəri xəstəliklərinə səbəb ola bilir.

 

31 may 2018
GO BACK