Qadin.NET / Dəri tipləri və onların problemləri

Dəri tipləri və onların problemləri

Normal dəri

Normal dəri sadəcə lazımlı yağ miqdarını istehsal edir və kiçik sızanaqlara ahibdir. Görüntü şəffaf, nəm və yağ balanslı, məsamələr bağlı, ləkəsiz və problemsiz bir dəri tipidir. Normal dəri baxımından, gündən iki dəfə üzünüzü təmizləyin və istifadə etdiyiniz məhsulların dərinizi qurutmadığından əmin olun və günəşdən qorumaq üçün krem çəkin. Makiyajınızı təmizləmədən yatmayın. 

Dəri tipləri və onların problemləri

 

Quru dəri

Yağ istehsalı normaldan az olduğu üçün mat bir görüntü var. Dərinin nəmi çox azdır. İncə üst dəri var. Kəpəklənmə və pullanma görülə bilir. Məsamələr kiçik və qapalıdır. Sızanaqlar və qara nöqtələr yoxdur. Bu dəri tipləri üçün ən böyük təhlükə qırışların erkən yaşlarda yaranmasıdır. Xüsusilə, göz ətrafı, ağız və boyun bölgələrində qırışların çoxluğu gözə çarpır. Bol su içib, dərinin quruluğunu azaldacaq nəmləndiricilərdən istifadə etmək vacibdir.

Dəri tipləri və onların problemləri

 

Yağlı dəri

Görüntü parlaq, yağlı, məsamələr açıq, qara nöqtələr olan və sızanaqlar olan dəri tipidir. Yağlı dəri daha uzun müddət canlı qalır və gec yaşlanır. Yağlı dəri baxımında; dərinizi davamlı olaraq təmizləyərək və nəmini qoruyun. Yağ balansını sabitləyən məhsullardan istifadə edin. 

Dəri tipləri və onların problemləri

 

Qatışıq dəri

Dərinin fərqli bölgələrində yağlılıq olur. Dərinin " T" bölgəsi dediyimiz alın, burun və çənə bölgəsində yağlılıq və parlaqlıq olur. Yağlı qisimlərdə açıq məsamələrdə qara nöqtələr və sızanaqlara rast gəlinir. Yanaqlarda xəfif quruluq olur. Bu dəri tipi üçün yağ balansını sabitləyən məhsullar tapmaq çətindir. Güclü nəmləndiricilər sızanaqların yaranmasına səbəb olur. Yağsız məhsullar isə qurumalara səbəb olur. Ən yaxşısı hər bölgə üçün uyğun məhsuldan istifadə etməkdir.

Dəri tipləri və onların problemləri

 

27 may 2018
GO BACK