Dərinizi yeniləyəcək maska:
Tərkibi:
1 ədəd yumurta ağı
1 yemək qaşığı süd
Yumurta ağı məsamələri təmizləyərək, dərini yığır. Həmçinin dərinin pul-pul olmasını və qurumasının qarşısını alır. Süd isə qidalayıcı xüsusiyyəti ilə dərini qidalandırır və nəmləndirir. Süd və yumurta ağı birlikdə dərini yeniləyir və qırışları azaldaraq yaranacaq qırışların qarşısını alır.
Hazırlanması:
Yumurtanın ağını süd ilə birkidə köpürənə qədər çırpın. Yaxşıca çırpdıqdan sonra süzün və 15 dəqiqə üzünüzdə saxlayıb ilıq su ilə yuyun. Daha sonra soyuq su ilə təkrar yuyun. Bu maskanı həftədə 3-4 dəfə istifadə edə bilərsiniz.