Tərkibi:
1 yemək qaşığı noxud unu
1 çay qaşığı bal
1 yemək qaşığı süd kremi
bir neçə damla limon suyu
Hazırlanması
Bütün ərzaqları krem halına gələnə qədər qarışdırın. Daha sonra təmizlənmiş üzünüzə çəkin. 15-20 dəqiqə ərzində maska quruyacaq, quruduqdan sonra ilıq su ilə durulayın.
Həftədə 3-4 dəfə istifadə edə bilərsiniz.
Qeyd:
Süd kremi yoxdursa, zeytun yağı istifadə edə bilərsiniz.
Maskanın içində limon suyu olduğu üçün maskanı çəkərkən gözlərindən aralı olmasına diqqət edin.