Aloe vera maskası
1 yemək qaşığı aloe vera jeli
1 ampul E vitamini
1 çay qaşığı Hindistan qozu yağı
İlk öncə dərinizi təmizləyin. Daha sonra bu 3 məhsulu qarışdırın və dairəvi hərəkətlərlə dərinizə masaj edərək sürtün. Yarım saat gözlədikdən sonra ilıq su yardımı ilə dərinizi təmizləyin.
Pomidor suyu maskası
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı pomidor suyu
Otaq istiliyində olan kərə yağını, bu iki məhsula qarışdıraraq maska halına salın. Bu qarışımı dərinizə masaj edərək sürtməlisiniz və 20 dəqiqə ərzində dərinizdə saxlamalısınız. Daha sonra üzünüzü soyuq su ilə təmizləyə bilərsiniz.
Bu maskaları həftədə 1 və ya 2 dəfə dərinizə çəkə bilərsiniz.