Gün ərzində yorulan dərinin təmizlənməsinin vacibliyi artır. Edilən makiyajın, hava şəraitinin, stressin yorduğu dəri, nəsfə ala bilmir və yağlanır. Dəri baxımı üçün badam südü olduqca xeyirlidir.
Badam, kalsium baxımından zəngin bir meyvə olmaqla yanaşı, tərkibində omega6, dəmir, B və E vitaminləri, maqnezium var. Doymuş yağlardan ibarət deyil. Bu da ürək xəstəliyi riskini azaldır. Badam südünün kaloriyası inək südündən azdır. Tərkibindəki E vitamini sayəsində dərini nəmləndirir və zərərli günəş şüalarından qorunmağınıza kömək edər. Bağırsaq problemləri yaşayanlar üçün də xeyirlidir.
Dəri təmizliyi üçün badam südü
Təmiz bir dəriyə sahib olmaq hamının arzusudur. Sağlam, parıldayan və nəfəs alan bir dəri üçün nizamlı dəri təmizliyi vacibdir. Badam ilə hazırlanan badam südü sizi sağlam dəriyə qovuşduracaq.
Badam südü necə hazırlanır?
12 saat əvvəl islatdığınız badamları blenderə qoyun, hazırlamaq istədiyiniz ölçüyə görə üzərinə su əlavə edin və qarışdırın. Diqqət etməli olduğunuz məqam, suyun badamlar tərəfindən əmildiyinə əmin olmaqdır. Hazırladığınız qarışımız süzün. Badam südünüz hazırdır. İstifadə müddət 3 gündür. 2 yaşından kiçik uşaqlara badam südü vermək olmaz. Çox istifadə etdikdə ishala səbəb ola bilir. Qalxanabənzər vəzisində problemləri olanlar istifadə etməsin.
Dərinizə sürtmək üçün, bir ovuc badamı toz halına salıb 1 qaşıq toz şəkərlə qarışdırın. Üzərinə götürə bildiyi qədər gül suyu əlavə edib 2 gün saxlayın. İstifadə etmədən əvvəl çalxalayın və dərinizi təmizləyin. Həftədə 1-2 dəfə dərinizə çəkməyiniz tövsiyə olunur.