Dodaq ətrafı qırışların müəyyən yaşdan sonra yaranması təbii haldır. Ancaq tez yaranan qırışların qarşısını almaq və qırışları azaltmaq əlinizdədir. Dodaq təmizliyinə diqqət etməkdə fayda var. Xüsusilə makiyaj etməyi sevirsinizsə, makiyajı təmizləməyi unutmayın.
Su
Dərinizin gəncləşməsi üçün, tosik maddələr bədəndən atılmalıdır. Bunun gündə ən az 2 litr su içməlisiniz. Elastiki bərpa etmək üçün ən yaxşı üsul su içməkdir.
Siqaret
Siqaretdən istifadə edirsinizsə, həm sağlamlığınıza, həm də dərinizə zərər verirsiniz. Siqaretin saymaqla bitməyən zərərləri var. Xüsusilə dərinin yaşlanmasına, qırışların yaranmasına səbəb olur.
Krem
Dodaq qırışları, quruluq səbəbi ilə ortaya çıxır. Dodaq kremindən istifadəni vərdişə çevirməlisiniz. Dodaqlarınızı tez-tez nəmləndirsəniz, dodaq ətrafının qırışmasına mane olarsınız.
Təmizlik
Dəridəki ölü dərilər təmizlənməlidir. Evdə şəkər və hindistan qozu yağı ilə hazırlayacağınız peelinglərlə ölü dərilərdən xilas ola bilərsiniz.