Hər qadın gözəl və baxımlı olmaq istəyir. Ancaq bəzi problemlər belə hiss etməyə mane olur. Onlardan biri də gözaltı qaraltılarıdır. Uzun müddət işləmək, yuxusuzluq, rejimsiz qidalanma gözaltı qaraltılarına yol açır. Sizə bahalı kremlərin yerinə, ucuz üsul təqdim edirik.
Aydın gözaltılar üçün soda
1 stəkana isti su və ya çayın içinə soda əlavə edin və yaxşıca qarışdırın. Bir pambığı bu qarışımla isladın və gözlərinizin altındakı bölgəyə çəkin. Təxminən 10-15 dəqiqə gözləyin və üzünüzü yuyun. Ardınca nəmləndirici kremdən istifadə edin. Bunu hər gün yoxlasanız, qısa müddətə təsirini görəcəksiniz.