Təbii dəri baxım möcüzələrindən olan kartof; ləkələrdən, yanıqlara və göz altı göylərinə qədər bir çox dəri qüsurlarının öhtəsindən gələ bilir.Ancaq bunun üçün, kartofun suyunu sıxmağa ehtiyacınız var. Tərkibindəki nişasta, karbohidronat və bir çox mineral, protein ilə dəri baxımı mükəmməlidir.
Kartof kükürt, kalsium, maqnezium, fosfor, dəmir, A, E, C, B vitainləri, beta-karoten, folik turşu tərkibi ilə dəri sağlamlığı və baxımı üşün suyu əldə edildiyi vaxt möcüzəvi lasyona çevrilir. Kartof suyunu əldə etmək üçün rəndələyib suyunu süzməyiniz lazımdır.
Kartof suyunun dəri üzərindəki inanılmaz təsirləri:
Dəri ləkələrinə son verir: dəri ləkələri üçün təbii bir lasyon olan kartof suyunu pambıq ilə ləkələrin üzərinə çəkin. Ən çox şikayət edilən günəş ləkələrinə və hətta qalıcı olduğuna inanılan yanıq ləkələrinə də təsir edir.
Gözaltı göylüklərə: gözaltı göylükləri yox edən kartof, yuxusuzluq, yorğunluq, stress probleminin qarşısını alır. Kartof suyuna batırılmış pambıqları gözlərin altındakı göy yerlərdə saxladığınızda rahatlama hiss edəcəksiniz, həm də bu can sıxıcı göylüklərlə vidalaşacaqsınız.
Ağ, aydın dəri: Asiya ölkələrindəki qadınların ağ ay kimi dəriləri hamıya məlumdur. Bəs onların ağ dərilərinin sirri nişasta olduğunu bilirdinizmi? Bunun üçün, kartof suyunu bir pambığa əlavə edib üzünüzü silə bilər ya da üzünüzü kartof suyu ilə yuya bilərsiniz.
Hamar dəri üçün: gün ərzində kartof suyu ilə təmizlədiyiniz dəriniz inanılmaz hamar olduğuna şahid olacaqsınız. Eyni zamanda tərkibindəki nişasta sayəsində qırışların qarşısını ala bilən bir təsirə sahibdir