Qadin.NET / Dərinizin tez qocalmasına səbəb olan amillər

Dərinizin tez qocalmasına səbəb olan amillər

 

 

Acıbadem Kozyatağı Hastanesi Dermatologiya Uzmanı Dr. Burçak Bozdemir Aral dəyişdirməyiniz lazım olan zərərli davranışlarımızdan bəhs etdi, dərimiz uzun illər gənc və sağlam qalması üçün əhəmiyyətli tövsiyələr verdi.

 

Dərinizin tez qocalmasına səbəb olan amillər

 

Günəşdən qorunmamaq

Dermotologiya uzmanı Dr. Burçak Bozdemir Aral dərini qocaldan ən vacib faktlardan biri zərərli günəş şüalarıdır deyir. Sadəcə yaz mövsümündə deyil, ilin hər mövsümündə, hər gün günəş şüalarına uzun müddət məruz qalmaq həm dəri sağlamlığı, həm də dəri gözəlliyi baxımından çox risklidir. Günəşin zərərli UVA və UVB şüaları dəridə quruluq, qırış, qalıcı qəhvə rəngli ləkələr, qabarıq qırmızı ləkələr, rəng fərqliliyi, çox daha əhəmiyyətlisi dəri xərçənginə səbəb ola bilir.

 

Siqaret çəkmək

Günəşdən sonrakı ən zərərli faktorlardan biri də siqaretdir. Üstəlik siqaret çəkmək qədər siqaret tüstüsünə məruz qalmaq da dərinizə mənfi təsir göstərir. Siqaretin içində olan nikotin dərinin üst təbəqəsində suyun tutumunu azaldaraq qırışların yaranmasına səbəb olur. Həmçinin dərinin bağ təbəqəsində yer alan kollajenin parçalanmasına səbəb olaraq erkən yaşda qocalmasına da təsir edir. Siqaret çəkməyin və çəkilən mühitdən uzaq durun. Bu cür məkanlarda olmağınız məcburdursa, antioksidan kremlər istifadə edərək siqaretin mənfi təsirlərini azaltmağa çalışın.

 

Dərinizin tez qocalmasına səbəb olan amillər

 

Çox edilən mimikalar

Mimika əzələləri, hislərimizi və düşüncələrimizi göstərməkdə bizə kömək edən üz əzələləridir. Ancaq bəzi mimikaları lazım olandan çox etməyimiz, yəni bu əzələləri çox istifadə etməyiniz xoş gəlməz xətlərin yaranmasına səbəb ola bilər. Xüsusilə, qaş ortasında və göz kənarlarında zaman içində gedərək artan və görünən bu xətlər bizi həm olduğumuzdan qoca, həm də sərt görünüşlü göstərir. Mimikalarınızı mümkün olduğu qədər az hərəkət etdirin. Görmə probleminiz varsa, eynək və ya linza istifadə edin.

 

Dərinizin tez qocalmasına səbəb olan amillər
Lazım olduğu qədər su içməmək

Su içmək ümumi sağlamlığınızın yanında dəri sağlamlığınız üçün də çox əhəmiyyətlidir. Dərimiz çirkli hava, külək, günəş və başqa ətrafdakı amillərə görə onsuzda quruyur. Lazımı qədər su içmədiyiniz də bu qurululuq daha da aydın hala gəlib, dəridə quruluqla bağlı qırışlara yol aça bilir. Gündə təxminən 2,5 litr su içməyi unutmayın.

 

Dərinizin tez qocalmasına səbəb olan amillər

 

Düzgün qidalanmamaq

Düzgün qidalanmamaq dərimizin tez qocalmasına səbəb olur. Məsələn, şəkər dərimizin ən böyük düşmənlərindəndir. Şəkər molekulları bədəndə çox miqdarda olduqda zülal tərkibini dəyişdirir. Bunun nəticəsində dərinin ən əhəmiyyətli təməli olan kollajen ilə elastik zülallara zərər verir. Tərəvəz və meyvə ilə zəngin, şəkər ilə duzu az qidalar ilə qidalanaraq dərinizin sağlamlığını qoruya bilərsiniz.


22 noyabr 2017
GO BACK