Qadin.NET / Dərini cavanlaşdıran düyü maskası

Dərini cavanlaşdıran düyü maskası

 

Dərini cavanlaşdıran düyü maskası

Düyü dərini yeniləyir və cavanlaşmasını təmin edir. Yapon qadınlarının çox istifadə etdiyi bu üsul dərinizi cavanlaşdıracaq. Qırışları yumşaldacaq və dərinizin parıldamasına səbəb olacaq.

Dərini cavanlaşdıran düyü maskası

 Tərkibi:

 

- 3 çay qaşığı düyü

 

- 1 yemək qaşığı süd

 

- 1 yemək qaşığı bal


Dərini cavanlaşdıran düyü maskası

Hazırlanması:

Düyü qaynadıqdan sonra suyunu süzün və düyüləri ayırdıqdan sonra suyu bir kənarda saxlayın. Südü azca qızdırdıqdan sonra düyülərə əlavə edin. Qarışımı yaxşıca qarışdırdıqdan sonra balı da əlavə edin. Quru və təmiz dərinizə bu qarışımı maska olaraq sürtün. 10-15 dəqiqə sonra maskanı üzünüzdən silmək üçün düyü suyundan istifadə edin.

 

7 noyabr 2017
GO BACK