Yaş əleyhinə günlük təmizləyici
Bu təmizləyicinin tərkibindəki maddələr həm dəridə peeling təsiri yaradacaq, həm də dərini nəmləndirəcək. Dəridəki quruluğun qarşısını alacaq. Bu təmizləyici vasitənin tərkibində A və E vitamini var və eyni zamanda qocalmanın qarşısını alır. Yaş əleyhinə təmmizləyici üçün vasitələr;
3 ədəd badam
2 yemək qaşığı düyü
1 çay qaşığı süd tozu
su və ya gül suyu
Badam və düyünü un vəziyyətinə gələnə qədər üyüdün. İçinə süd tozunu da əlavə edin. Quru vəsaitləri günlük istifadə üçün bir qabda saxlayın. İstifadə etməzdən əvvəl məcun halına gələnə qədər su və ya gül suyu əlavə edərək qarışımı qarışdırın. Daha sonra üz və boyun nahiyəsinə masaj edərək sürtün və durulayın. Daha sonra mütləq nəmləndirin.
Qara nöqtəli yağlı cildlər üçün
Yağlı bir dəriyə tərkibində yağlı maddələrdən hazırlanmış bir təmizləyicini istifadə etmək ilk başda ağla sıxmaz gələ bilər . Ancaq jojoba və tamanu yağlı bu təmizləyici vasitə sızanaqlar və qara nöqtələri yox edərək çirkli məsamələrin qabağına keçəcəkdir.
Jojoba yağı
Tamanu yağı
Zakkum esensiel yağı
3 damcı jojoba, 2 damcı tamanu və 1 damcı zakkum yağını qarışdırıb kiçik bir şüşəyə qoyun. Hər istifadən öncə silkələyin. T bölgəsi, yanaqlar və çənə ətrafında sakitcı masaj edin. 1-2 dəqiqə gözlədikdən sonra isti, yaş bir dəsmal ilə silin və son olaraq ilıq su ilə yuyun.