Dəriyə parlıq verən cəfəri, dəri ləkələrinin yox olmasını və rəng pozulmalarının daha az görünməsində təsirlidir. Kosmetika məhsulları ya da kremlər ilə dəridəki ləkələr və sızanaqları yox etmirsə, evdə hazırlayacağınız cəfəri çayı ilə dəri problemlərinizi həll edə bilərsiniz.
Tərkibi
3 stəkan təmizlənmiş su
Yarım stəkan təzə cəfəri yarpağı
Hazırlanması:
Kiçik bir qazanda 3 stəkan suyu qaynadın. Qaynayan suyun üzərinə cəfəriləri əlavə edin. 5-10 dəqiqə dəmlədikdən sonra suyu süzün.
Cəfərini, səhər və axşam yeməyindən əvvəl gündə iki dəfə içə bilərsiniz.