Tərkibi:
1 ədəd alma
1 yemək qaşığı süd qaymağı
2 yemək qaşığı su
Hazırlanması:
Bütün almanı sürtgəcdən keçirin. Su və qaymağı qarışdıraraq qaynadın. Qaynamağa başladıqda almanı əlavə edin. Bütün ərzaqları qarışdırıb 1 dəqiqə bişirin. Soyuyana qədər gözlədikdən sonra üzünüzə çəkin. Bu maskanı 3 həftə istifadə etsəniz təsirini görəcəksiniz.