Bir çox reseptdə istifadə olunan pomidor, tam bir gözəllik mənbəyidir. Bəs dəri üçün faydalı ola pomidorun faydaları nədir?
Pomidor ölü dəriləri təmizləyir, sızaq və ləkələri yox edir, qara nöqtələrdən xilas olmağa kömək edir. Eyni zamanda zəngin tərkibi ilə dərinin kolajen istehsalını dəstəkləyir və qocalmanı geçikdirir.
Dərinizdə müxtəlif səbəblərdən yaranan qaralmalar varsa, evdə hazırlaya biləcəyiniz təbii pomidor maskası ilə dərinizi ağarda bilərsiniz. Sizlərə Gözəllik Uzmanı Suna Dumankayanın verdiyi dəri ağartma maskasını təqdim edirik:
Tərkibi:
Pomidor
Un
Hazırlanması və istifadə qaydası:
Pomidoru yaxşıca yuyub mikserlə çırpın. Əldə etdiyiiz pomidor çırpılmışının üzərinə un əlavə edərək xəmir hazırlayın. Maskanı üzünüzə çəkərək 5 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun.
Maskanı 1 həftə boyunca nizamlı olaraq istifadə etsəniz, dərinizin ağardığını görəcəksiiz. Maska dəri ağartma ilə bərabər dəridəki çil və yara izlərini də yox edəcəkdir.