Moruq: Bir qabda moruqları əzin və üzərinə bal ilə birlikdə aloe vera əlavə edin. Hazırladığınız qarışımı dodaqlarınıza masaj edərək çəkin və 10 dəqiqə sonra dodaqlarınızdan çıxardın.
Bal: Gecə yatmadan əvvəl, bir qulaq çubuğu ilə balı dodaqlarınıza çəkin və bir neçə dəqiqə masaj edin. Gecə boyunca dodaqlarınızda qalan bal, dodaqlarınızın rənginin açılmasına kömək edəcəkdir.
Çiyələk: Çiyələkləri əzib suyunu sıxın. İki çay qaşığı vazelin ilə çiyələk suyunu qarışdırın və dodaqlarınıza çəkin. Axşamdan etsəniz daha təsirli olacaqdır.
Gül ləcəyi: Gül ləcəklərini əzin, üzərinə süd və bal əlavə edərək yaxşıca qarışdırın və məcun halına gətirin. Hazırladığınız qarışım ilə dodaqlarınıza masaj edin və 15 dəqiqə saxladıqdan sonra su ilə yuyun.
Buz: Evdən çıxmadan əvvəl dodaqlarınızı bir neçə dəqiqə buz ilə masaj edin. Dodaqlarınız yumşalacaq və daha təbii görünəcəkdir.