Zaman-zaman hamının dərisində şikayətləndiyi ləkələr meydana gəlir. Ləkələri yox etmək üçün bir çox üsullardan istifdə edilir. Bu üsullardan biri olan cəfəri, tərkibindəki C vitaminin sayəsində dərinizdə olan ləkələr üçün ideal bir həll olmaqla bərabər dərinizi günəş ləkələrinə qarşıda qorumağa kömək edir.
1. Tərkibi:
1 dəstə cəfəri
2 stəkan qaynadılmış su
Yarım armudu stəkan süd
Hazırlanması:
Qazana qaynadılmış suyu və cəfəriləri saplarından təmizləyərək əlavə edin. 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün. Üzərinə süd əlavə edib qarışdırın. Ardından pambıqla dərinizə çəkin.
2. Tərkibi:
1 dəstə cəfəri
1 çay qaşığı təzə limon suyu
2 çay qaşığı bal
Hazırlanması:
Suda saxlayıb yaxşıca təmizləndikdən sonra cəfərinin saplarını təmizləyin və yarpaqlarını bıçaq ilə incə-incə dilimləyin. Doğradığınız cəfəriləri havasında konsistensiya alana qədər döyün. Döyülmüş cəfərilərə bal və limon suyu əlvə edib yaxşıca qarışdırın. Əvvəlcədən təmizlədiyiniz dərinizə göz bölgənizi qoruyaraq bu qarışımı çəkin. 10-15 dəqiqə boyunca dəriniz tərəfindən əmilməsini gözləyin. İlıq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə istifadə edə bilərsiniz.