Qadin.NET / 18 yaşında göstərən maska

18 yaşında göstərən maska

İnsan ömrünü uzatmaq üçün elim və tibb sahəsində birçox araşdırmalar aparılır. Xüsusilə, qadınlar zamana qalib gəlmək adına bir çox üsula əl atırlar. Qocalmaya qarşı kremlər və estetik əməliyyatlar bu üsulların başında gəlir. Bunlara ehtiyac olmadan, daha gənc görünməyinizin bəsit bir üsulunu tapdıq.

18 yaşında göstərən maska

Tərkibi:

- Qəhvə

- Az yağlı süd

- Qarışdırmaq üçün qab

18 yaşında göstərən maska

Hazırlanması:

Qəhvə ilə südü bir-birinə qarışdırın. Südün miqdarına diqqət edin, çünki məcun kimi olması lazımdı. Əldə etdiyiniz maskanı göz ətrafındakı dərinizə çəkin. Maskanın dəriyə təsir etməsi üçün 15-20 dəqiqə saxlayın. Sonra üzünüzü ilıq su ilə yuyun. Qəhvə çəyirdəkləri, dəridəki qan dövranını artıraraq, dərinin daha sağlam və gənc görünməsini təmin edir.

31 may 2017
GO BACK