Təbii vasitələr ilə olduqca bəsit hazırlanan bu dodaq məlhəmi ölü dərini yenilədiyi kimi dodaqlarınızı yumşaq və hamar edəcək.
Tərkibi:
2 çay qaşığı bal şamı
Bir miqdar hinnd qozu yağı
Bir miqdar vanil yağı
E vitamini kapsulu
Bir neçə damcı limon yağı
Hazırlanması:
Dodaq məlhəmini hazırlamaq üçün bal şamı ilə hind qozu yağını bərabər miqdarda bir qaba qoyun. Sonra bu qaba qoyulan yağ ilə bal şamını əridin. Əritdiyiniz qarışıma 5 damcı qədər vanil yağı və limon yağını əlavə edin. Limon yağını 3 damcı qədər əlavə etməyiniz kafidir. Sıx bir qidalanma və nəmləndirmə istəyirsinizsə, aptekdən E vitamini kapsulu alıb qarışıma əlavə edə bilərsiniz. Bütün vəsaitləri qarışdırb yaxşıca həll olmasını təmin edin. Ardından da bir qaba doldurub soyumasını gözləyin. İstədiyiniz zaman istifadə edə bilərsiniz.