Qadin.NET / Üz formasına görə qaş formaları

Üz formasına görə qaş formaları

Üz formasına görə qaş formaları

Qaş formaları sifət ifadəniz üçün çox vacib bir ayrıntıdır. Qaşınızdan qopan bir telin, üzərindəki kiçik bir dəyişiklik belə üz ifadənizdə nə qədər böyük bir dəyişikliyə səbəb olduğunu bilirsinizmi? Bir də səhv formaya salınmış ya da üzünüzə uyğun olmayan bir qaşa sahib olduğğunuzu düşünün. Bütün bu pis görünməkdən qorunmaq üçün hazırladığımız qaş formaları xəbərini diqqətlə oxumağınızı tövsiyə edirik.

Üz formasına görə qaş formaları

Oval üzə sahib olanlar üçün qaş forması

Oval bir üzə sahibsinizsə, kəskin qövslərə sahib qaşlar sizin üçün idealdır. Məqsəd üzünüzü daha uzun göstərməkdir. Bu səbəblə qövslər işə yarayacaqdır. Eyni zamanda qaşınızın ucu aşağı doğru bitməməlidir.

Üçbucaq üzə sahib olanlar üçün qaş forması

Üçbucaq üzü olanların alın hissəsi normaldan daha geniş olur. Bu səbəblə qövslü olmayan və uzun qaş modelinə sahib olmalıdırlar. Eyni zamanda seyrək qaşları olanlara da qaş qələmi tövsiyə edirik.

Düzbucaqlı sifətə sahib olanlar üçün qaş forması

Düzbucaqlı üzə sahib olanlar üçün qaş forması qövsdür. Ancaq qaşlarınıza kəskin qövs forması verməyin. Üzün üst hissəsi daha geniş göstərmək məqsədi ilə qaşlarınıza qövs forması verməlisiniz. Eyni zamanda azca qaşlarınızın arasınıda doldurun.

Üz formasına görə qaş formaları

Kvadrat üzə sahib olanlar üçün qaş forması

Kvaqdar üzə ən uyğun qaş forması yuvarlaq qövs şəklidir. Üzünüzdəki kəskin xətləri dağıtmaq üçün ola bildiyincə yuvarlaq xətli qaşlara sahib olun. Eyni zamanda qaşlarınızın arasınıda boş saxlamayın.

Yuvarlaq üzə sahib olanlar üçün qaş forması

Bucaqlı qaş şəkli yuvarlaq üzə sahib olanlar üçün idealdır. Eyni zamanda son dövrlərdə bu üz formasına sahib olanlarda düz qaş formasnı da görmək mümkündü. Olduqca da gözəl görünür. Qaşlarınızın dağınıq qalmamasına və boşluqsuz olmamasına diqqət yetirin.

 

 

26 may 2017
GO BACK