Qadin.NET / Çobanyastığı maskası

Çobanyastığı maskası

Çobanyastığı maskası

Ölü dəri hüceyrələrinin təmizlənməsi üçün çobanyastığı və yulaf maskası:

Tərkibi:

Yarım stəkan yulaf

1 çay qaşığı qabartma tozu

1 yemək qaşığı bal

2 yemək qaşığı şəkər tozu

1/4 fincan çobanyastığı çayı

Hazırlanması:

Bir qaba yulaf, qabartma tozu və balı əlavə edib qarışdırın. Sonra 2 çay qaşığı çobanyastığı əlavə edib kənara qoyun. Əgər qarışım qatıdırsa, istədiyiniz vəziyyətə gətirənə kimi çay əlavə edə bilərsiniz. Sonra istəyə uyğun şəkəri də əlavə edin. Üzünüzü yuyun. Sonra barmaqlarınızı istifadə edərək maskanızı tam üzünüzə çəkin. 5 dəqiqə saxlayıb üünüzü yuyun.

Çobanyastığı maskası

Üzünüzün ağarması üçün çobanyastığı və badam maskası:

Tərkibi:

1 çay paketi çobanyastığı çayı

1 yemək qaşığı yulaf əzməsi ( toz)

2 yemək qaşığı bal

2-3 damcı badam yağı

Hazırlanması:

Qaba çay paketinin içərisindəki çobanyastığını boşaldır. Üzərinə yulaf tozunu və badam yağını əlavə edib, yaxşıca qarışdırın. Barmaqlarınız ilə dairəvi şəkildə üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. 

21 may 2017
GO BACK