Qadin.NET / Bal və zeytun yağı maskası

Bal və zeytun yağı maskası

 

Zeytun yağı doymamış yağ turşuları baxımından olduqca zəngin bir yağdır, xüsusilə də, omeqa-3 baxımından. Buna görədə dəriyə elastiklik azandırır. Vitamin, mineral baxımından da olduqca zəngin və protein mənbəyi olan bal isə dərini təmizləyir. 

 

 

Bal və zeytun yağı maskası

 

 

Ballı və zeytun yağlı maska

Hər dəri tipinə uyğun olan bu pratik maska dərinizi nəmləndirərkən eyni zamanda parıldamasını da təmin edəcəkdir.

Tərkibi:

1 ədəd yumurta

1 yemək qaşığı bal

1 yemək qaşığı zeytun yağı

Hazırlanması:

Bir qabda yumurtanı, üzərinə bal və zeytun yağını əlavə edib yaxşıca qarışdırın. Sonra üzünüzə çəkib 15 dəqiqə saxlayın. Ardından ilıq su ilə yuyun.

Üzünüzün nəm tarazlığını yenidən təmin etmək və gözənəklərin sıxlaşmasına kömək etmək üçün son dərəcə asan olan bu formunu həftədə bir dəfə istifadə edə bilərsiniz.

 

 

Bal və zeytun yağı maskası

 

 

Diqqət!

Maskanı üzünüzə çəkərkən çox incə bir dəriyə sahib olan həssas hissələrə, yəni göz və dodaq ətrafına gəlməyəcək şəkildə çəkməyinizdə fayda var.

 

 

18 may 2017
GO BACK