Hamar dərilər üçün xiyar maskası
Tərkibi:
1/2 blenderdən keçirilmiş xiyar
1/4 stəkan süd
1 yemək qaşığı bal
1 yemək qaşığı qəhvəyi şəkər
Verdiyi sərinlik hissi ilə, qızarıqlıqları azaltması ilə və gözəl qoxusu ilə bu maska bir müddətliyinə sizi evdə yox spada hiss etdirəcək. Maskanı ilk dəfə istifadə etdikdən sonra dərinizə hiss edilir yumşaqlıq olacaq.
Həssas dərilər üçün qatıq maskası
Tərkibi:
1 yemək qaşığı qatıq
1 çay qaşığı bal
1 çay qaşığı kakao
Üzünüzdəki qızarıqlıqlardan şikayətlənirsinizsə və həssas bir dəriyə sahibsəniz, bu maska sizin üçün ən uyğun maskadır.
Yağlı dərilər üçün təmizləyici yulaf əzməli maska
Tərkibi:
1/2 stəkan qaynadılmış, soyudulmuş yulaf əzməsi
1 ədəd yumurta
1 yemək qaşığı limon suyu
Limonun tərkibindəki turşu dərinizi yağdan təmizləyəcək və yulaf əzməsi də dərinizi sakitləşdirəcək və yarana biləcək qızartıların qarşısını alacaq.