Gözlərə və göz qapaqlarına dəstək verən yağ hüceyrələrinin zamanla elastikliyini itirməyi nəticəsində gözaltında şişlik meydana gəlir. Sallanmalarda zamanla maye yığılmaları meydana gəlir və şiş bir görüntü yaranır. Bu narahat edici görüntülərdən sizə verəcəyimiz bir sıra incə məqamlarla xilas ola biləcəksiniz.
Arxası üstə yatın
Gözaltı torbalarının yaranma səbəblərindən ən vacibi yuxu nizamsızlığı və lazımlı qədər yatmamaqdır. Lazımlı qədər yatmadığınız da həm dəriniz, həm də göz ətrafında pozulmalar meydana gələcəkdir. Bunun qarşısını almaq üçün gündə ən az 7 saat yatmalısınız. Ayrıca yatacağınız yerdə arxası üstə yatmaq da gözaltı torbaları müalicə edəcəkdir.
Gözlərinizi qaşımayın
Davamlı göz qaşımaq göz ətrafında deformasiya və gözaltı şişliyini meydana gətirə bilər. Davamlı qaşıdığınız gözünüzdə maye yığımı meydana gələcəkdir. Buda gözaltı torbalarınızın şişməsinə səbəb olur.
Soyuq kompres edin
Gözaltı torbalarından xilas olmaq üçün ən praktik üsul soyuq kompresdir. Bunun üçün etməli olduğunuz bir buz parçasını bir dəsmala bağlayıb gözünüzə müəyyən müddətlə qoyun.Soyuq kompresin tam təsirini görə bilmək üçün müəyyən müddət ərzində 15 dəqiqə gözünüzə qoya bilərsiniz.
Yatarkən başınızı azca dik tutun
Gözaltı torbalarınız yaranmağa başlayıbsa, bir neçə gün iki balışla yatmağa çalışın və balışın birini dik qoyun. Bu şəkildə yatmaq, gözaltı torbalarınızda maye yığımının qarşısını alacaqdır.