Günəş, qocalıq, hamiləlik, hormonal dəyişikliklər və bəzi dərmanların yan təsiri ilə dəridə istənməyən ləkələr yarana bilir. Günəşin 90 dərəcə bucaq ilə gəlməyə başladığı yaz aylarından əvvəl ləkə müalicələrinin tamamlanması lazımdır. İstanbul Estetik həkimlərindən Medikal Estetik həkimi Dilay Yılmaz Demiryontar, ləkə müalicəsində ən vacibli ünsürün doğru diaqnoz qoyunmasını bildirdi. Ayrıca edilən araşdırmalar səhv müalicələrin, ləkələrin daha da dərinləşməsinə və hətta müalicə edilə biləməz vəziyyətinə səbəb ola biləcəyini göstərir.
Düzgün diaqnoz və müalicə vacibdi.
Ləkə problemləri görüntüdə bir-birinə oxşasa da səbəbləri və təbiətlərinin çox fərqli olduğunu bildirən həkim Demiryontar, "Ləkə müalicəsində ən vacib məqam düzgün diaqnoz qoyulması və müalicənin aydınlaşdırılmasıdır. Edilən səhv müalicələr, ləkələrin daha da dərinləşməsinə, hətta müalicə oluna bilməz vəziyyətə gəlməsinə səbəb olur. Medikal estetik əməliyyətlarını yerinə yetirmək daha tez və təsirli nəticələrə çatdıracaqdı" şəklində fikrini bildirdi.
Ləkələrin ən böyük düşməni : Günəş.
"Qalıcı və dərinə işləmiş ləkələr üçün xəstənin bu məsələdə özünə zaman tanıması və səbirli olması lazımdı. Müalicələrin seansı ləkələrin vəziyyətinə görə 6-8 seans arası davam edə bilər. Gönəş, ləkələrin ən böyük düşmənidir. Bu səbəblə günəş şüaları dik bucaqdan gəlmədən bu müalicənin tamamlanması və müalicə ərzində yüksək faktorlu günəş kremi isitfadəsi vacibdir".
Kiçik ləkələr üçün praktik tövsiyyə
Həkim Demiryonta, kiçik və hələ ərinləşməmiş ləkələrdən xilas olmaq üçün evdə edə biləcəyiniz bəzi tövsiyyələr verdi:
- 1 xörək qaşığı qatıq
- 1 çay qaşığı karbonat
- Yarım çayqaşığı limon suyu
- 1 çay qaşıı buğda yağı
- 1 çay qaşığı lavanda yağı
Bunları qarışdıraraq maska düzəldilir. Kiçik dairəvi hərəkətlərlə üzə çəkilir. 15 dəqiqə sonra ilıq su ilə yuyulur. Bu maskanı həftədə bir dəfə istifadə edə bilərsiniz.