Dərinizi daha hamar və canlı görünməsi üçün çətin nəsə etməyinizə artıq ehtiyac yoxdur. Gündəlik edəcəyiniz bəsit 4 addımla mükəmməl görünə bilərsiniz.
Təmizləmə
Əvvəlcə köpüklənməyən bir təmizlik məhsulu tərcih edin. Su ilə təmasa girdiyində köpürən maddələrin tərkibində SLS olur və dərinizin daha da qurumasına səbəb olur. Makiyaj edirsəniz, əvvəlcə makiyajınızı silin və üzünüzü yuyun.
Makiyaj silən
Dəri toxumasını düzləşdirin, sızanaqları təmizləyən və dərinin baxımını asanlaşdıran bir turşulu makiyaj siləndən istifadə edin. Yağlı bir dərinizin varsa, əvvəlcə salisil turşulu olanları tərcih edin.
Nəmləndirmə
Dərinizin tipinə görə kreminizi seçin. Bu kremin bağlayıcı xüsusiyyəti olmadığından əmin olun. Krem, əlavə nəm və qidalanma ilə təmin edən qoruyucu bir qapaqdır. Əlavə baxım üçün serum məhsulları tərcih edin.
Günəş kremi
Günəş kremi istifadə edərək, günəş şüalarının dərinizə verə biləcəyi zərərləri minimuma endirə bilərsiniz. Günəş kremindən istifadə üçün yaz aylarını gözləmək lazım deyil. Gün işığına çıxdıgınızda hər gün günəş kremi istifadə edə bilərsiniz.